...

Lənkəranda hosteldə köməksiz vəziyyətdə qalmış şəxs dünyasını dəyişib

Cəmiyyət Materials 21 Mart 2025 20:17 (UTC +04:00)
Lənkəranda hosteldə köməksiz vəziyyətdə qalmış şəxs dünyasını dəyişib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərində bir nəfərin hosteldə qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Trend-in məlumatına görə, məlumat əsasında FHN-nin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində, məlum olub ki, qapı arxasında qalan şəxs artıq dünyasını dəyişib. Meyit aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti