...

1-ci sinfə qəbul qaydalarında YENİLİK - bu liseylərdə müsabiqə yolu ilə qəbul aparılmayacaq

Cəmiyyət Materials 8 Aprel 2025 11:04 (UTC +04:00)
1-ci sinfə qəbul qaydalarında YENİLİK - bu liseylərdə müsabiqə yolu ilə qəbul aparılmayacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibədən uğurla keçmiş uşaqlar üçün əvvəlki illərdə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan "Ankara məktəbi" məktəb-lisey, 160 nömrəli Klassik gimnaziya və İltifat Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin I sinfə qəbul prosesində müsabiqə yolu ilə qəbul aparılmayacaq.

Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

"Qeyd edilən ümumi təhsil müəssisələrinin birinci siniflərinə yalnız prioritetlər üzrə və sərbəst qaydada qəbul aparılacaq. Tədris digər dillərdə aparılan bölmələr üzrə prioritet və eyni zamanda müsabiqə əsasında qəbul aparılan digər 6 ümumi təhsil müəssisəsinə müraciətlərin sayından asılı olaraq müsabiqələrin keçirilib keçirilməməsi barədə qərar proses dövründə veriləcək", - deyə MÜTDA-dan bildirilib.

Xəbər lenti

Xəbər lenti