...

Müharibə cinayətlərində təqsirləndirilən 16 şəxs barəsindəki cinayət işlərinin ibtidai istintaqı yekunlaşdırılıb - Baş prokuror

Cəmiyyət Materials 14 Aprel 2025 10:01 (UTC +04:00)
Müharibə cinayətlərində təqsirləndirilən 16 şəxs barəsindəki cinayət işlərinin ibtidai istintaqı yekunlaşdırılıb - Baş prokuror
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Müharibə cinayətlərində təqsirləndirilən 16 şəxs barəsindəki cinayət işlərinin ibtidai istintaqı yekunlaşdırılıb.

Trend xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusuna həsr olunmuş konfransda deyib.

O bildirib ki, Ermənistan və onun silahlı qüvvələri, o cümlədən, Ermənistan tərəfindən vaxtilə Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ Respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan dövlətinə və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətlərində təqsirləndirilən 16 şəxs barəsindəki cinayət işlərinin ibtidai istintaqı yekunlaşdırılıb:

"Həmin cinayət işləri aidiyyəti üzrə baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib və həmin cinayət işi üzrə məhkəmə baxışı keçirilir".

Onun sözlərinə görə, onilliklər boyu işğal altında olmuş Xankəndi şəhərində, yeni istifadəyə verilmiş Qarabağ Universitetində belə bir tədbir keçirmək Azərbaycan Prezidenti İlham Əliyevin siyasi səriştəsi, qətiyyətli iradəsi və Silahlı Qüvvələrin rəşadətinin nəticəsidir:

“Baş Prokurorluq ilə Qarabağ Universiteti arasında işgüzar münasibətlərin inkişafı və qarşılıqlı fəaliyyətin uğurla davam edəcəyinə inanırıq. Ali Baş Komandanın rəhbərliyi altında 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan Respublikasının Silahlı qüvvələrinə qarşı əks-hücum həmləsi ilə başladılmış “44 günlük Vətən” müharibəsində əldə edilmiş tarixi qələbə 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi və dövlətimizin ərazi bütövlüyünün tam bərpa olunması ilə nəticələnib”.

Xəbər lenti

Xəbər lenti