...

Sabah da yağış yağacaq

Cəmiyyət Materials 15 Aprel 2025 12:39 (UTC +04:00)
Sabah da yağış yağacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında aprelin 15-dən 16-na keçən gecədən yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir.

Bildirilib ki, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə +6 dərəcədən +9 dərəcəyədək, gündüz +10 dərəcədən +12 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 90-95 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +5 dərəcədən +9 dərəcəyədək, gündüz +9 dərəcədən +14 dərəcəyədək, dağlarda gecə -3 dərəcədən -8 dərəcəyədək, gündüz 0 dərəcədən -3 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti