Bakı. Trend:
Məktəbəqədər təhsil müəssisələrində müdir vəzifəsi üzrə müsahibələrə start verilib.
Trend xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.
Bildirilib ki, aprelin 22-dən 25-dək keçiriləcək müsahibə mərhələsində namizədlərin ünsiyyət və təqdimat bacarıqları, liderlik və idarəetmə keyfiyyətləri, eləcə də məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsi qiymətləndiriləcək:
"Müsahibələrin keçiriləcəyi tarix və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib".
Xatırladaq ki, test imtahanı mərhələsini uğurla tamamlayan 214 namizəd müsahibədə iştirak hüququ qazanıb.