...

Paytaxt sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs ələ keçdi

Cəmiyyət Materials 16 Aprel 2025 14:52 (UTC +04:00)
Paytaxt sakinindən hədə-qorxu ilə pul tələb edən şəxs ələ keçdi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxt sakininə hədə-qorxu gələrək onun maddi vəsaitini talamaqda şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail rayonu ərazisində yeniyetməyə hədə-qorxu gələrək 240 manatınının ələ keçirilməsi ilə bağlı daxil olan məlumat əsasında ərazi üzrə polis əməkdaşları şübhəli şəxsin kimliyini müəyyən ediblər.

Cinayəti törədən şəxs 18 yaşlı S.Təhməzov saxlanılıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti