...

Tacikistanın səfiri Qarabağın sürətli şəkildə inkişaf etdiyini qeyd edib

Cəmiyyət Materials 18 Aprel 2025 16:16 (UTC +04:00)
Tacikistanın səfiri Qarabağın sürətli şəkildə inkişaf etdiyini qeyd edib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Qarabağda sürətli inkişafı müşahidə etməkdəyik.

Bunu Trend-ə Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmon xarici diplomatik korpusun Xankəndi şəhərində tanışlıq məqsədi daşıyan səfəri çərçivəsində verdiyi açıqlamada bildirib.

“Biz ilk dəfə deyil ki, Qarabağdayıq. Ötən il diplomatik korpusdan olan həmkarlarımız və diplomatik nümayəndəliklərin rəhbərləri ilə birgə səfər etmək fürsəti düşdü. Bu il isə biz artıq bir neçə dəfə burada – Şuşada, Ağdamda, Zəngilanda olmuşuq. İndi isə Xankəndinin necə inkişaf etdiyini öz gözlərimizlə görürük. Biz bölgənin sürətli templərlə inkişafını müşahidə etməkdəyik. Biz səmimi qəlbdən Azərbaycanın çiçəklənməyini arzulayırıq. Düşünəm ki, bu region inkişaf etməyə davam edəcək və biz burada çoxlu yerli sakinlər və xarici qonaqlar görəcəyik”, -deyə diplomat vurğulayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə xarici diplomatik korpusun Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərlərinin təşkili davam edir.

Budəfəki səfərdə 33 ölkədən və 7 beynəlxalq təşkilatdan Azərbaycanda akkreditə olunmuş 100-dən çox diplomat və hərbi attaşe iştirak edir. Səfərin məqsədi xarici diplomatları Xankəndidə aparılan bərpa və yenidənqurma işləri və Qarabağ Universitetinin tələbələri üçün yaradılan şəraitlə tanış etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti