...

Son 4 ildə marafona qatılırdım, bu yarışda qalib olmağı bacardım - Milanə Xəlilova

Cəmiyyət Materials 4 May 2025 17:39 (UTC +04:00)
Son 4 ildə marafona qatılırdım, bu yarışda qalib olmağı bacardım - Milanə Xəlilova
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün “Küləyə qalib gəl” şüarı ilə 21 kilometr qaçdım. Külək çox güclü idi. Buna baxmayaraq, külək mənə mane ola bilmədi və nəticə çox yaxşı oldu.

Bunu Trend-ə açıqlamasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2025”in qadınlar arasında tələbə kateqoriyasında qalibi, Azərbaycan Triatlon Federasiyasının üzvü Milanə Xəlilova deyib.

Triatlonçu bildirib ki, 2022-2025-ci illərdə keçirilən 4 marafonda iştirak edib:

“Hər il daha güclü idmançılar qatılır. Buna baxmayaraq çox maraqlı, rəqabətli yarış oldu. Bundan əvvəlki yarışlarda mükafatçılar arasında yer ala bilmirdim. Lakin indiki yarışda tələbələr arasında birinci oldum”.

Yarışın qalibi yarışın hansı əhval-ruhiyyədə keçdiyindən də bəhs edib.

“Düzdür, marafonun məsafəsi çox uzundur, amma bir o qədər də maraqlıdır. Yol boyu azarkeşlər var idi, bizi dəstəkləyirdilər. Eyni zamanda yarışçılar da yol boyu bir-birini dəstəkləyirdilər”, - deyə M.Xəlilova qeyd edib.

Xəbər lenti

Xəbər lenti