Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarının məsul şəxslərinin iştirakı ilə Seyidlikəndyeri kəndində səyyar qəbul keçirib.
Trend xəbər verir ki, bu barədə Xaçmaz Rayon İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, qəbulda Seyidlikəndyeri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Seyidlikəndyeri, Aslanoba, Xuray və Aşağıoba kəndlərinin sakinləri iştirak edib.
Qəbuldan əvvəl rayon rəhbərliyi şəhid Elman Qocayevin büstü önünə gül dəstələri düzüb, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Daha sonra sakinlərin müraciət və təklifləri dinlənilib.
Sakinlər əvvəlki səyyar qəbullarda qaldırılan bəzi məsələlərin
həlli istiqamətində görülən işlərə görə təşəkkürünü bildirib,
həmçinin elektrik təsərrüfatının yenilənməsi, yolların təmiri və
suvarma kanallarının təmizlənməsi ilə bağlı müraciətlərini
səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin
arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən
problemlərin aradan qaldırılması istiqamətində müvafiq
tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll
edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.