...

Xaçmazın Uzunoba kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 15 May 2025 21:08 (UTC +04:00)
Xaçmazın Uzunoba kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, rayon prokuroru Rəşad Məmmədov və idarə, müəssisə rəhbərlərinin iştirakı ilə Uzunoba kəndində növbəti səyyar qəbulunu keçirib.

Trend xəbər verir ki, görüşdən əvvəl rayon rəhbərliyi 20 yanvar şəhidi Zahid Abdullayevin büstü önünə gül dəstələri düzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Qəbulda Uzunoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Uzunoba, Baraxum, Xəzərli,Şıxlı, Məçidoba,Şərifoba,Tikanoba və Yataqoba kənd sakinləri iştirak edib.

Sakinlər yolların təmiri, mavi yanacağın bərpası, su təchizatının yaxşılaşdırılması və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti