Bakı. Trend:
İllər öncə ağlaya-ağlaya məcburi şəkildə tərk etdiyimiz Ağdama şükürlər olsun ki, bu gün sevinə-sevinə qayıdırıq.
Bunu Trend-ə açıqlamasında Ağdam sakini Allahverdiyeva Tabat deyib.
Onun sözlərinə görə, Ağdama qayıdış sevincini heç nə ilə təsəvvür etmək mümkün deyil.
"Allah Prezidentimizi qorusun, şəhidlərimizi rəhmət eləsin, qazilərimizə cansağlığı versin. İlk öncə getmək istədiyim yerlərdən biri atamın məzarını ziyarət etməkdir. Uzun illərdən sonra bu ziyarətin mənə qismət olduğuna sevinirəm", - deyə o qeyd edib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.