...

Yataq şəraitində olan vətəndaşlarda əlilliyin qiymətləndirilməsi necə aparılır?

Cəmiyyət Materials 20 May 2025 16:37 (UTC +04:00)
Yataq şəraitində olan vətəndaşlarda əlilliyin qiymətləndirilməsi necə aparılır?
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaş sağlamlıq vəziyyəti ilə əlaqədar Həkim Məsləhət Komissiyasına gələ bilmədiyi təqdirdə o, Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və tibbi-sosial ekspertiza müayinəsinə göndərişdə bu barədə qeydlər aparılır.

Trend xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, prosesə başlamaq üçün ilk olaraq vətəndaşın yaxını və ya qanuni nümayəndəsi qeydiyyat üzrə tibb müəssisəsinə müraciət etməli, tibb müəssisəsinin Həkim Məsləhət Komissiyası isə öz iş qrafikinə və vətəndaşa uyğun müayinə vaxtı təyin etməlidir.

"Bundan sonra vətəndaşın sağlamlıq vəziyyəti mövcud tibbi sənədlər əsasında olduğu yerdə (ev şəraitində) qiymətləndirilir. Qeyd edək ki, yataq şəraitində olan vətəndaşların Həkim Məsləhət Komissiyası tərəfindən evdə müayinəsi ödənişsiz formada həyata keçirilir.

Müayinə zamanı foto və video qeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələrdən istifadə edilərək komissiya üzvləri tərəfindən akt tərtib olunur. Tərtib olunan akt əsasında vətəndaşa dair tibbi sosial ekspertiza müayinəsinə göndəriş - yəni Forma 88 rəsmiləşdirilir.

Yataq şəraitində olan vətəndaşların tibbi sosial ekspertiza müayinəsinə göndərişi rəsmiləşdirilərkən diaqnozlara bağlı olan mütləq müayinələr tələbi aradan qaldırılır",- deyə məlumatda əlavə edilib.

Qeyd edək ki, Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən bu kateqoriyadan olan vətəndaşlara əlilliyin təyin olunması da ev şəraitində aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti