...

Məişət zorakılığına məruz qalan şəxslərin sayı məlum olub

Cəmiyyət Materials 21 May 2025 11:00 (UTC +04:00)
Məişət zorakılığına məruz qalan şəxslərin sayı məlum olub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ildə məişət zorakılığı ilə bağlı 594 müraciət daxil olub. Müraciət əsasında zorakılığa məruz qalanların 52-si kişi, 534-ü qadın, 436-sı uşaq, 8-i əlil, 5-i ahıl, 4-ü şəhid ailəsi, müraciət əsasında zorakılıq törədənlərin isə 555-i kişi, 252-si qadın olub.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatında öz əksini tapıb.

Bildirilib ki, müraciət edənlərin 136-sı psixoloji, 403-ü fiziki, 45-i iqtisadi və 10-u cinsi zorakılığa məruz qalıb.

Qeyd edilib ki, 2023-cü ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olub, zorakılıq törədənlərin isə 497-si kişi, 133-u qadın olub. Bu da onun göstərir ki, 2024-cü ildə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı müraciətlərin sayı artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti