...

İlk dəfə sertifikatlaşdırmaya cəlb olunacaq müəllimlər üçün sınaq imtahanı keçiriləcək

Cəmiyyət Materials 23 May 2025 17:57 (UTC +04:00)
İlk dəfə sertifikatlaşdırmaya cəlb olunacaq müəllimlər üçün sınaq imtahanı keçiriləcək
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Cari ildə sertifikatlaşdırma imtahanına ilk dəfə cəlb olunacaq fənn müəllimlərinə (biologiya, coğrafiya, fizika, informatika, kimya) dəstək məqsədilə “MS TEAMS” platformasında sınaq imtahanı təşkil olunacaq.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnistitutu məlumat yayıb.

Bildirilib ki, sınaq imtahanının səhifəsi 30 may tarixində saat 10:00-dan başlayaraq 19:00-dək aktiv olacaq. Bu müddət ərzində hər müəllimin yalnız bir dəfə (120 dəqiqə) sınaq imtahanında iştirak etmək imkanı olacaq.

Sınaq imtahanlarında namizədlərə ixtisas fənni üzrə 50, metodika və pedaqogika üzrə 10 test tapşırığı təqdim olunacaq. İmtahan vaxtı bitən kimi nəticəniz avtomatik olaraq ekranda görünəcək.

"Hörmətli müəllimlər, sınaq imtahanında iştirak etmək üçün əvvəlcədən virtual məktəbdəki (TEAMS) mövcud qrupunuza daxil olub sizə dəvət gəldiyindən əmin olun. Virtual məktəbdə qeydiyyatdan keçməyən şəxslərin sınaq imtahanında iştirak etməsi mümkün olmadığı üçün əvvəldən qeydiyyatı olmayanların qeydiyyatdan keçməsi mütləqdir",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti