...

Xarıbülbül Festivalı çərçivəsində Şuşada teatr tamaşası nümayiş olunub (FOTO)

Cəmiyyət Materials 24 May 2025 21:44 (UTC +04:00)
Xarıbülbül Festivalı çərçivəsində Şuşada teatr tamaşası nümayiş olunub (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şuşanın gözəl memarlıq incilərindən biri – Xan qızı Natəvanın sarayının qarşısında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında "Üzeyir bəy belə deyərdi: "Babalı Sərvərin boynuna" adlı teatr tamaşası nümayiş olunub.

Trend xəbər verir ki, tamaşa Üzeyir Hacıbəylinin felyetonlarından ilhamlanaraq hazırlanıb.

Əsərdə müəllifin yumor və satira ilə qələmə aldığı sosial mövzulara yaradıcı və fərqli yanaşma nümayiş etdirilib.
Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, musiqi dizaynı Azər Hacıəsgərlidir.

Tədbir iştirakçıları belə layihələrin Şuşanın mədəni həyatına rəng qatdığını, milli irsin qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıblar. Tamaşa, eyni zamanda, gənc istedadların dəstəklənməsi və səhnə təcrübəsinin artırılması baxımından da uğurlu təşəbbüs kimi dəyərləndirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti