Bakı. Trend:
“Gəncə-Çörək” Açıq Səhmdar Cəmiyyətində (ASC) yeni idarəetmə formalaşdırılacaq.
Trend xəbər verir ki, bu barədə ASC özü elan edib.
Belə ki, iyulun 14-də saat 11:00-da ASC-nin növbəti iclası keçiriləcək. İclasın gündəliyinə bir sıra məsələlər daxildir:
1. Cəmiyyətin 2024-cü maliyyə ili üzrə hesabatının təqdim edilməsi;
2. Cəmiyyətdə yeni idarəetmənin formalaşdırılması və idarəetmədə səlahiyyətlərin müəyyən edilməsi;
3. Cəmiyyətin direktorunun təyin edilməsi;
4. Müşahidə şurasının səlahiyyətlərinə xitam verilməsi;
5. Cəmiyyətin yeni redaksiyada nizamnaməsinin təsdiq edilməsi;
6. "Gəncə-Çörək" ASC-nin 2025-ci il tarixinə əsas vəsaitlərin inventarlaşdırılması;
7.Qeyd edilən məsələlər ilə əlaqədar qanunvericilikdən irəli gələn məsələlərin müzakirəsi və qəbulu.
Cəmiyyətin növbəti iclasının gündəliyi ilə Gəncə şəhəri, Şəmkir şossesi 1 ünvanında tanış olmaq mümkündür.
ASC-nin hazırda dövlətə 6730,16 manat vergi borcu var.
Qeyd edək ki, “Gəncə-Çörək” Açıq Səhmdar Cəmiyyəti (ASC) 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 169 217 manat olan ASC-nin qanuni təmsilçisi Məmmədov Nizami Əzizi oğludur.