Bakı. Trend:
Külli miqdarda vəsaiti ölkədən çıxararaq, iki il müddətinə ölkəyə qaytarmayan şirkət barədə tərtib edilən protokol təsdiq edilib.
Trend-in məlumatına görə, hadisə 2023-cü ildə baş verib.
Belə ki, ödənişin aparıldığı iki il müddət keçməsinə baxmayaraq, vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, inzibati xətanın obyekti olan 93 min ABŞ dolları valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 18600 ABŞ dolları məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib.