...

Masallıda qaz təchizatında iki günlük fasilə olacaq

Cəmiyyət Materials 29 May 2025 08:30 (UTC +04:00)
Masallıda qaz təchizatında iki günlük fasilə olacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 29-30-da Masallı rayonunun bir sıra yaşayış məntəqələrində qaz verilişində fasilələr olacaq.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, Qəzvinoba kəndində küçə qaz xəttində aparılacaq təmir işləri ilə əlaqədar mayın 29-da saat 10:00-dan etibarən “Tüklə” qazpaylayıcı stansiyasından qidalanan Boradigah qəsəbəsi, Bədəlan, Babaser kəndləri və Türkoba kəndinin bir hissəsi daxil olmaqla ümumilikdə 2 700 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Bundan əlavə, Qəriblər kəndində yeni çəkilmiş qaz kəmərinin mənbəyə qoşulması səbəbindən mayın 30-da saat 10:00-dan etibarən Qəriblər, İsilər və Məmmədrzaküçə kəndlərində yaşayan 700 abonentin qaz verilişində fasilə yaranacaq.

Qaz təchizatının bərpası işlər tamamlandıqdan dərhal sonra həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti