...

“Milli Proqram” vasitəsilə “Coursera”da 8000-dən çox kursdan ödənişsiz yararlanmaq mümkün olacaq

Cəmiyyət Materials 30 May 2025 10:15 (UTC +04:00)
“Milli Proqram” vasitəsilə “Coursera”da 8000-dən çox kursdan ödənişsiz yararlanmaq mümkün olacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“4Sİ Akademiyası” çərçivəsində keçirilən “Milli Proqram” layihəsi çərçivəsində bir il ərzində on minlərlə istifadəçi dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da 8000-dən çox kursdan ödənişsiz yararlana biləcək.

Trend xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov “4Sİ Akademiyası” çərçivəsində keçirilən “Milli Proqram” layihəsinin açılış mərasimində çıxış edərkən deyib.

O qeyd edib ki, proqramın məqsədi ölkədə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək verməkdir.

"Proqram çərçivəsində 2500 təlim süni intellekt vasitəsilə Azərbaycan dilinə tərcümə edilərək altyazı ilə, 10 ən çox tələb olunan təlim isə “deep fake” texnologiyası ilə dublyaj edilərək istifadəçilərin ixtiyarına verilib", - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti