...

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır

Cəmiyyət Materials 9 İyun 2025 14:18 (UTC +04:00)
Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

AYNA-nın Təlim-Tədris Mərkəzi tərəfindən Gəncədə ictimai nəqliyyat sahəsində fəaliyyət göstərmək üçün müraciət edən 700-ə yaxın sürücünün bacarıqlarının yoxlanılması həyata keçirilir.

Bu barədə Trend-ə AYNA-dan məlumat verilib.

Bildirilib ki, ilkin mərhələdə sürücülər hərəkətə başlama, manevretmə və nəqliyyat vasitəsinin yolun hərəkət hissəsində düzgün yerləşdirilməsi, müxtəlif trayektoriyalar üzrə idarəetmə kimi praktiki tapşırıqları yerinə yetiriblər. Yoxlama zamanı müvəffəqiyyət göstərən sürücülər növbəti mərhələdə tibbi yoxlanışdan keçdikdən sonra təlim prosesinə cəlb ediləcəklər.

"Təlimlərdə sürücülərə avtomobil nəqliyyatı ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, avtobusların istismarına dair normativ tələblər, ictimai nəqliyyatda davranış mədəniyyəti, sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin edən idarəetmə üsulları, ekoloji səmərəliliyin artırılması məqsədilə “ekosürmə” texnikası üzrə nəzəri və praktik biliklər veriləcək.

Qeyd edək ki, bu yanaşma sərnişin məmnuniyyətinin yüksəlməsinə və yol hərəkəti təhlükəsizliyinin artırılmasına xidmət edir", - qurumdan əlavə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti