Bakı. Trend:
Qaz təchizatı sektorunda icazələr müəyyənləşdirilir.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “Qaz təchizatı haqqında” qanun layihəsində öz əksini tapıb.
Qaz təchizatı sektorunda aşağıdakı işlər bu qanun və “Lisenziyalar və icazələr haqqında” Qanuna uyğun olaraq verilən icazələr əsasında həyata keçiriləcək:
- qazın nəqli;
- qazın paylanması;
- sənaye qaz qurğusunun istismarı;
- qazın saxlanması.
Qazın nəqli, paylanması və sənaye qaz qurğusunun istismarı üçün icazə tənzimləyici (2028-ci il iyulun 1-dən qüvvəyə minir), qazın saxlanması üçün icazə isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən veriləcək.
İcazə şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaz təchizatı sisteminə dair qaydalarla müəyyən ediləcək.