...

Bu hallarda qazın xəbərdarlıq edilmədən kəsilməsi qadağan ediləcək

Cəmiyyət Materials 13 İyun 2025 13:16 (UTC +04:00)
Bu hallarda qazın xəbərdarlıq edilmədən kəsilməsi qadağan ediləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

İstehlakçıya yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılmasının qadağan edildiyi hallar müəyyənləşir.

Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "Qaz təchizatı haqqında" qanun layihəsində öz əksini tapıb.

Qüvvədə olan "Qaz təchizatı haqqında" Qanuna əsasən, qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.

Qanuna təklif edilən dəyişikliyə əsasən, qazın sayğacla müəyyənləşən dəyəri və sabit tarif barədə hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra istehlakçı tərəfindən 1 (bir) ay müddətində tam məbləğdə ödənilmədikdə, qaz satıcısı ilə müvafiq müqavilə bağlanılmadıqda, habelə illik iş planında göstərilən müddətlərdə təmir-profilaktika işləri aparılarkən istehlakçıya 3 (üç) gün əvvəl elektron poçt (olduğu halda) və ya digər kommunikasiya vasitələri ilə yazılı xəbərdarlıq göndərilmədən qazın verilməsinin dayandırılması qadağan ediləcək.

Qazın verilməsinin dayandırılması barədə yazılı xəbərdarlığın istehlakçı tərəfindən rəsmi qaydada alınmasını sübut etmək vəzifəsini qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru daşıyacaq.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti