...

Peşə təhsilində 179 dərslik tərtib edilib - Ceyhun Kərəmov

Cəmiyyət Materials 21 İyul 2025 11:38 (UTC +04:00)
Peşə təhsilində 179 dərslik tərtib edilib - Ceyhun Kərəmov
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Peşə təhsilində dərslik hazırlığı sahəsində 179 dərsliyin tərtibi həyata keçirilib.

Trend xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, onlardan 90-ı modul dərslik, 89-u isə tərcümə dərsliyidir:

“2022-ci ildə 47 min 700 modul, 5511 ümumtəhsil dərsliyi, 2023-cü ildə 14 min 300 modul, 27 min 200 tərcümə, 2024-cü ildə 10 min modul, 23 min 500 tərcümə, 13 min ümumtəhsil dərsliyi, 2025-ci ildə isə 6800 modul, 28 min 200 tərcümə dərsliyi hazırlanıb.

Ümumilikdə bu dövr ərzində 157 min 211 dərslik çap olunub”.

Xəbər lenti

Xəbər lenti