...

İsti hava şəraiti avqustun 8-dək davam edəcək

Cəmiyyət Materials 3 Avqust 2025 14:14 (UTC +04:00)
İsti hava şəraiti avqustun 8-dək davam edəcək

Bakı. Trend:

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 8-dək davam edəcəyi, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40, dağlıq rayonlarda 29-34, Mərkəzi aran, eyni zamanda Naxçıvan MR-da 35-40, bəzi yerlərdə isə 41 dərəcəyədək isti olacağı gözlənilir.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Bildirilib ki, Abşeron yarımadasında, o cümlədən sahilyanı ərazilərdə cənub-şərq küləklərinin üstünlüyü gözlənilir ki, bu da havada nisbi rütubətin yüksəlməsinə və durğun hava şəraitinin olmasına səbəb olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti