...

Qabiliyyət imtahanlarda iştirak etmək üçün 37 mindən çox abituriyent qeydiyyatdan keçib - DİM

Cəmiyyət Materials 4 Avqust 2025 17:48 (UTC +04:00)
Qabiliyyət imtahanlarda iştirak etmək üçün 37 mindən çox abituriyent qeydiyyatdan keçib - DİM
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün idman istiqamətinə aid 61 (məşqçilik) komissiya üzrə ixtisas imtahanları keçirilir. İmtahanlarda 1032 abituriyentin (subbakalavrın) iştirakı nəzərdə tutulub.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

"Məlumat üçün bildiririk ki, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlarda iştirak etmək üçün ümumilikdə 37 mindən çox abituriyent (subbakalavr) qeydiyyatdan keçib. İmtahanlar iyunun 20-də başlanıb və avqust 11-də yekunlaşacaq.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.

Qabiliyyət imtahanlarının məzmunu, qiymətləndirmə meyarları və qəbul proqramları haqqında məlumatlar “Abituriyent” jurnalının 2025-ci ildə nəşr olunan xüsusi buraxılışlarında verilib",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti