...

Ötən il ürəyin işemik xəstəliklərindən ölənlərin sayı AÇIQLANDI

Cəmiyyət Materials 12 Avqust 2025 09:27 (UTC +04:00)
Ötən il ürəyin işemik xəstəliklərindən ölənlərin sayı AÇIQLANDI
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il ürəyin işemik xəstəliklərindən dünyasını dəyişən şəxslərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2024-cü ildə ölkə üzrə ürəyin işemik xəstəliklərindən ölənlərin sayı 12162 nəfər təşkil edib.

Qeyd edək ki, ürəyin işemik xəstəlikləri (İÜX) — ürəyə qan axınının zəifləməsi və ya tamamilə dayanması ilə xarakterizə olunan bir qrup xəstəlikdir.

Bu, ürək əzələsinin (miokardın) oksigenlə təminatının pozulması ilə nəticələnir. Əsas səbəb koronar arteriyaların daralması və ya tutulmasıdır.

Xatırladaq ki, Bakı Şəhəri Səhiyyə Mərkəzinin hesabatına görə, 2023-cü ilin təkcə yanvar ayında 900 ölüm hadisəsindən 610-u ürək-damar xəstəlikləri səbəbindən baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti