Bakı. Trend:
2024-cü ildə 24 228 nəfərə psixi pozuntular və davranış pozuntuları diaqnozu qoyulub.
Trend xəbər verir ki, bu, “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində öz əksini tapıb.
Məlumata əsasən, 2023-cü ildə bu rəqəm 22 273 nəfər olub. 2023-cü illə müqayisədə ötən il psixi pozuntular və davranış pozuntuları diaqnozu qoyulan şəxslərin sayı artıb.