...

Növbəti illərdə daha bir neçə xidmət icbari tibbi sığorta zərfinə daxil olacaq - Zaur Əliyev

Cəmiyyət Materials 30 Oktyabr 2025 11:21 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bir neçə xidmət var ki, onlar da qarşıdakı illərdə icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olacaq.

Trend xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025”in açılış mərasimində deyib.

O bildirib ki, Azərbaycanda son illərdə səhiyyə sahəsində böyük inkişaf gedib.

"İldə 5 milyondan çox əhali icbari tibbi sığortadan istifadə edir. Bir neçə xidmət var ki, onlarda qarşıdakı illərdə icbari tibbi sığortanın xidmətlər zərfinə daxil olacaq. Bununla da xidmətlər zərfinin tərkibi genişləndiriləcək. Biz özəl tərəfdaşlığa da üstünlük veririk. Hazırda 200-dən çox özəl tərəfdaşlarla əməkdaşlıq edirik"- deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti