...

Azərbaycanda "Yüksəkixtisaslı miqrant" portalının əsasnaməsi təsdiq edilib

Cəmiyyət Materials 30 Oktyabr 2025 17:25 (UTC +04:00)
Azərbaycanda "Yüksəkixtisaslı miqrant" portalının əsasnaməsi təsdiq edilib
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda "Yüksəkixtisaslı miqrant" portalının əsasnaməsi təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, portala inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısı da təsdiqlənib. Qərar portalın fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

"Yüksəkixtisaslı miqrant" portalı müasir tələblərə cavab verən yüksəkixtisaslı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyətinə cəlb edilməsi imkanlarının genişləndirilməsi məqsədilə onların Yüksəkixtisaslı Miqrant Proqramı çərçivəsində müraciətlərinin elektron qaydada qəbulunu və cavablandırılmasını, eyni zamanda Azərbaycanda vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş hüquqi və fiziki şəxslərin, habelə xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının sorğusu əsasında onların yüksəkixtisaslı miqrantlarla əlaqələndirilməsini təmin etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti