...

FHN Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib (FOTO)

Cəmiyyət Materials 1 Noyabr 2025 13:10 (UTC +04:00)
FHN Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi və Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun əməkdaşlarının iştirakı ilə Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

FHN-in Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aksiya 31 oktyabr 2025-ci il tarixində "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu" ASC-nin tabeli idarəsinin xidməti ərazisinin Bakı-Şamaxı magistral avtomobil yolunun 28-ci km yerləşən ərazidə təşkil olunub.

Tədbirin məqsədi ətraf mühitin qorunmasına töhfə vermək, yaşıllıqların artırılmasına dəstək göstərmək, yaşıl və güclü Azərbaycan ideyasını təcəssüm etdirməkdən ibarət olub.

Aksiyada müxtəlif növ ağaclar əkilib və onlara müvafiq aqrotexniki qulluq göstərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti