...

Bəzi rayonlarda uşaq bağçalarının olmaması qadınları işləmək imkanlarından məhrum edir – Komitə sədri

Cəmiyyət Materials 13 Noyabr 2025 12:59 (UTC +04:00)
Bəzi rayonlarda uşaq bağçalarının olmaması qadınları işləmək imkanlarından məhrum edir – Komitə sədri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Əfsuslar olsun ki, qadınların böyük bir hissəsi əmək bazarında aktiv iştirak edə bilmir. Bunun əsas səbəblərindən biri də məktəbəqədər təhsil müəssisələrinin çatışmazlığıdır.

Trend xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova parlamentin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri xatırladıb ki, bu göstərici əvvəlki illərlə müqayisədə artıb:

“Lakin uşaq bağçalarının, eləcə də gün ərzində qayğı mərkəzlərinin az olması, bəzi rayon, qəsəbə və kəndlərdə heç olmaması qadınları işləmək imkanlarından məhrum edir. Belə müəssisələrin sayının artırılması, həm uşaqlarımızın inkişafı, həm də işin keyfiyyətinin artırılması, işçilərin övladları ilə bağlı qayğılarının azaldılması və məşğulluqda gender bərabərliyinin qorunması baxımından əhəmiyyətli ola bilər”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti