Bakı. Trend:
Sabah avtomobil yollarında hava ilə bağlı gözlənilən vəziyyət açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd olunub ki, dekabrın 3-də bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı və dumanlı hava müşahidə olunacaq. Hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.
