Bakı. Trend:
Uzun illərdir, Əmək Məcəlləsinin üzərində təkmilləşdirmə işləri gedir. Yeni bir Əmək Məcəlləsinin işlənib hazırlanmasının və qəbul olunmasının astanasındayıq.
Trend xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev komitənin bugünkü iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri nvurğulayıb ki, bu gün müzakirə edilən Əmək Məcəlləsi və daha 17 qanunvericilik aktına 457 dəyişiklik təklif edilir.
“Bu bizim son illərdə qəbul etdiyimiz ən böyük dəyişikliklər olacaq qanun layihəsidir”, - deyə millət vəkili qeyd edib.
