Bakı. Trend:
Keyfiyyət informasiya sistemindən istifadə haqqının məbləği, ödənilməsi və ondan istifadə qaydası təsdiqlənib.
Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qeyd edilən xidmətlər üzrə müraciət edən və imtina alan şəxslər təkrar eyni predmet üzrə eyni növ müraciət etdikdə ondan ikinci dəfə istifadə haqqının ödənilməsi tələb olunmayacaq. İstifadəçilər tərəfindən Sistem vasitəsilə məlumatların alınması ödənişsiz olacaq.
