...

Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib (FOTO)

Cəmiyyət Materials 12 Dekabr 2025 11:50 (UTC +04:00)
Müdafiə Nazirliyinin rəhbərliyi Ulu Öndərin məzarını ziyarət edib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dekabrın 12-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günündə Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ulu Öndərin məzarı önünə əklil və gül dəstələri qoyulub, xatirəsi dərin hörmət və ehtiramla yad olunub.

Nazirliyin rəhbər heyəti daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzərək xatirəsinə ehtiram nümayiş etdirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti