Bakı.Trend:
Türkiyə Milli Müdafiə Nazirliyi Ümumilli Lider Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib.
Trend nazirliyin "X" hesabındakı həmin paylaşımı təqdim edir:
"Can Azərbaycanın Ulu Öndəri mərhum Heydər Əliyevi vəfatının 22-ci ilində rəhmət və hörmətlə anırıq. Mərhum Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” şüarını bir miras kimi nəsildən-nəslə ötürəcək, hər zaman Azərbaycan türkü qardaşlarımızla bir və bərabər olmağa davam edəcəyik".
