...

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ

Cəmiyyət Materials 24 Dekabr 2025 16:00 (UTC +04:00)
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 25-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Goranboy, Balakən, Zaqatala, Qax, Şəki, Hacıqabul, Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir, Yevlax, Naftalan, Bərdə, Tərtər, Gəncə, Gədəbəy, Göygöl, Qobustanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti