...

Bu il paytaxtda 4 məktəb təmir edilib

Cəmiyyət Materials 29 Dekabr 2025 10:27 (UTC +04:00)
Bu il paytaxtda 4 məktəb təmir edilib
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci təqvim ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 105 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri həyata keçirilib.

Trend bu barədə BŞTİ-yə istinadən xəbər verir.

4 məktəbdə (59, 151, 324 313) yenidənqurma və təmir-bərpa işləri yekunlaşdırılaraq şagirdlərin istifadəsinə verilib.

BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 3 məktəbin (57, 68, 141) sökülərək yenidən tikintisi, 2 təhsil müəssisəsində (328 nömrəli uşaq bağçası və Eşitmə qabiliyyəti pozulmuş uşaqların Respublika ixtisaslaşdırılmış körpələr evi-uşaq bağçası) əsaslı təmir işləri davam edir.

Həmçinin 5 məktəbəqədər təhsil müəssisəsi (99, 116, 257, 286, A. Məmmədov adına) əsaslı təmirdən sonra fəaliyyətə başlayıb. Eyni zamanda 1 uşaq bağçasında (101) təmir-bərpa işləri yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti