Bakı. Trend:
Yanvarın 3-ü saat 11:00-a olan faktiki hava açıqlanıb.
Trend xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilir ki, yanvarın 2-si gün ərzində ölkə ərazisinin əksər
bölgələrində yağıntılı hava şəraiti müşahidə olunub, yanvarın 3-ü
gecə və səhər isə hava əsasən yağmursuz keçib.
Qarın hündürlüyü Şahbuzda 48, Qaxda 36, Lerikdə 30, Qusarda 29,
Qrızda 27, Xınalıqda 25, Yardımlı, Gədəbəydə 18, Şahdağda 17,
Xaltanda 11, Şəkidə 10, Xızıda 9, İsmayıllıda 8, Qobustan,
Sədərəkdə 6, Qəbələdə 5, Quba, Ordubadda 4, Şərurda 2, Ağsu,
Zaqatala, Naxçıvanda 1 sm-dir.
Şahbuz, Culfa, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən,
Qax, Şamaxı, Qrız, Tərtər, Göyçay, Lerikdə duman müşahidə olunub.
Dumanda görünüş 200 m-dək məhdudlaşıb.
