...

Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub

Cəmiyyət Materials 8 Yanvar 2026 09:50 (UTC +04:00)
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 07 yanvar 2026-cı il tarixli qərarına əsasən, Əlizadə Elçin Ağaməmməd oğlu MDM-in İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Trend mərkəzə istinadən xəbər verir ki, 1986-cı il iyulun 30-da Bakı şəhərində anadan olan Elçin Əlizadə, 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə həmin universitetdə magistr dərəcəsini alıb.

Əmək fəaliyyətinə 2007-ci ildə PAŞA Bank ASC-də Əməliyyat və Nəzarət şöbəsinin mütəxəssisi kimi başlayan Elçin Əlizadə, 2009–2019-cu illərdə Ernst & Young Azərbaycan şirkətində müxtəlif vəzifələrdə çalışıb.

2020-ci ilin iyun ayından etibarən PAŞA Bank ASC-də Maliyyə Menecmenti Departamentinin direktoru vəzifəsində fəaliyyətini davam etdirib.

2022-ci ilin sentyabr ayından etibarən Azərbaycan Respublikasının Mərkəzi Bankında Daxili Audit Departamentinin direktoru vəzifəsində çalışmışdır. 2023-cü ilin fevral ayında İcbari Sığorta Bürosunun Audit Komitəsinin sədri, 2025-ci ildə isə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Himayəçilər Şurasının sədri seçilib.

Elçin Əlizadə 2023-cü ilin mart ayından 2026-cı ilin yanvar ayınadək Milli Depozit Mərkəzinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

Yeni təyinat Milli Depozit Mərkəzində institusional idarəetmənin daha da gücləndirilməsinə, maliyyə bazarlarının daha dinamik inkişafına və Mərkəzi Depozitarın strateji hədəflərinin uğurla həyata keçirilməsinə mühüm töhfə verəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti