Bakı. Trend:
İş yerini qarşılıqlı dəyişdirmək üçün müraciətini təsdiqləmiş
müəllimlərin şəxsi səhifələrinə sənədlərin yoxlanılacağı məkan,
tarix və saat barədə məlumatlar göndərilib.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, 15–16 yanvar tarixlərində keçiriləcək prosesin sənədlərin yoxlanılması mərhələsinə ümumilikdə 156 müəllim dəvət edilib.
Qeyd edək ki, ötən il 20 sentyabr tarixində təşkil olunan prosesin sənəd yoxlanışı mərhələsinə 216 nəfər müəllim dəvət olunmuşdu.
