Bakı. Trend:
"Times Higher Education" (THE) reytinq agentliyi tərəfindən açıqlanan "World University Rankings by Subject" nəticələrinə əsasən, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ixtisaslar üzrə dünya reytinqində növbəti uğurunu əldə edib.
İlk dəfə olaraq, UNEC Biznes və İqtisadiyyat, həmçinin Sosial elmlər istiqamətləri üzrə dünya reytinqində 501–600-cü yerlə yüksəlib. Bununla yanaşı, UNEC Fiziki elmlər üzrə 601–800, Mühəndislik sahəsi üzrə isə 801–1000-ci yerləri tutub.