...

Azad edilən ərazilərdə işlə təmin edilən vətəndaşların sayı açıqlandı

Cəmiyyət Materials 27 Yanvar 2026 11:51 (UTC +04:00)
Azad edilən ərazilərdə işlə təmin edilən vətəndaşların sayı açıqlandı
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azad edilən ərazilərdə bugünədək 8 min vətəndaş işlə təmin edilib.

Trend xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov bu gün keçirilən mətbuat konfransında deyib.

Hasil Abbasovun sözlərinə görə, təkcə 2025-ci ildə 2 847 vətəndaş işlə təmin edilib:

"154 nəfər özünəməşğulluq proqramına cəlb edilib. Onların ümumi sayı 705-ə çatdırılıb.
Həmin şəxslərin 58 faizi dövlət, 42 faizi özəl sektorda çalışır".

Sədr əlavə edib ki, azad edilən ərazilərdə peşə hazırlığı tədbirlərinə cəlb edilən vətəndaşların sayı 360-ya çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti