...

Avtobuslarla bağlı “brutto müqavilə sistemi" layihəsinin hazırlanması son mərhələdədir - AÇIQLAMA

Cəmiyyət Materials 28 Yanvar 2026 11:21 (UTC +04:00)
Avtobuslarla bağlı “brutto müqavilə sistemi" layihəsinin hazırlanması son mərhələdədir - AÇIQLAMA
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

İctimai nəqliyyatla bağlı "brutto müqavilə sistemi"nə dair Bakı və Abşeron ərazisində layihənin hazırlanması son mərhələdədir.

Trend xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

O bildirib ki, bu istiqamətdə işlər yekunlaşmaq üzrədir.

“Bu müqavilənin başlıca məqsədi avtobus marşrutlarının müəyyən olunmuş cədvələ uyğun fəaliyyət göstərməsidir", - deyə qurum rəsmisi əlavə edib.

Qeyd edək ki, "Brutto müqavilə modeli" ictimai nəqliyyatda xidmət göstərən daşıyıcıların sərnişin gəlirlərindən deyil, göstərdikləri xidmətin həcmi və keyfiyyətinə görə ödəniş almasını nəzərdə tutur. Bu modeldə bilet satışından əldə olunan gəlirlər dövlət və ya səlahiyyətli qurumun nəzarətində olur. Məqsəd nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması, marşrutların daha effektiv idarə olunması və sərnişinlər üçün daha rahat və təhlükəsiz ictimai nəqliyyat sisteminin formalaşdırılmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti