Bakı. Trend:
Azərbaycan Afrika ölkələri ilə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçirməyə davam edir.
Trend xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən “Qoşulmama hərəkatının Gənclər Həftəsi” adlı tədbirdə çıxışında deyib.
“Afrikanın iqtisadi potensialı son dərəcə yüksəkdir və Azərbaycan əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırmağa davam edir və eyni zamanda uzunmüddətli əlaqələrin institusional əsaslarını qurmaq üçün qitədə öz diplomatik şəbəkəsini möhkəmləndirir”, -deyə o bildirib.
Rəfiyev qeyd edib ki, Afrika Azərbaycanın xüsusi diqqət ayırdığı qitədir.
“Bu dinamik inkişaf edən qitədir, onun ölkələri isə bizə yaxın dəyərləri bölüşür. Bütün Afrika qitəsi Qoşulmama hərəkatında təmsil olunur”, -deyə o vurğulayıb.
