...

AVROPA QILIHCOYHATMA FEDERASİYASI RƏHBƏRİHİH SEÇKİLƏRİHDƏ AZƏRBAYCAH ALİŞER USMAHOVA SƏS VERƏCƏK

Cəmiyyət Materials 1 İyul 2005 11:56 (UTC +04:00)

İyulun 2-də Avropa Qılıncoynatma Federasiyasının Macarıstanda keçiriləcək konfransında Azərbaycan Rusiya vətəndaşı Alişer Usmanova səs verəcək.

Milli federasiyanın vitse-prezidenti Yaşar Məmmədovun Trend ə bildirdiyinə görə, məhz A.Umanov bu seçkilərdə qələbəyə əsas namizəd hesab olunur.

Ondan əlavə, bu vəzifəyə həmçinin Avropa Federasiyasının rəhbəri Cemo Kamuti və onun britaniyalı həmkarı Keyt Smit iddialıdır.

Seçkilərlə eyni vaxtda keçirilən Avropa çempionatında bizim komandamızın işləri heç də yaxşı getmir. Janna Muratqızı fəxri mükafat uğrunda mübarizədən çıxıb, qılınc oynadanlar Rəhim və Ramin Əmirovlar, eləcə də Ruslan Əzizov uğursuz çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti