...

ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİNƏ QƏBUL İMTAHANLARI BAŞLAYIB

Cəmiyyət Materials 19 İyul 2005 17:13 (UTC +04:00)

Tələbə qəbulu üzrə Azərbaycan Dövlət Komissiyası (TQDK) III qrup ixtisası üzrə 2005-2006-cı il tədris ili üçün tələbələrin ölkənin ali təhsil müəssisələrinə qəbul imtahanlarını keçirir. TQDK-dan Trend ə verilən məlumata görə, imtahanlar Bakı və Naxçıvan şəhərlərində keçirilir.

Bu il 27 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisələrində plan üzrə yerlərin sayı 28 785-dir (keçən il bu rəqəm 28 475 təşkil edib). Onlardan 23 585 yer dövlət, 5 200 yer isə qeyri-dövlət təhsil müəssisələrindədir. Dövlət təhsil müəssisələrində 10 828 yer pulsuz, 12 757 yer isə pullu əsaslarladır.

Ölkənin bütün vətəndaşları, həmçinin Azərbaycanın ali təhsil müəssisələrində oxumaq istəyən xarici vətəəndaşlar bu təhsil müəssisələrinə daxil olmaq hüququna malikdirlər.

Xəbər lenti

Xəbər lenti