...

AZƏRBAYCANIN SAMBO ÜZRƏ KOMANDASI ASLARBEK ASLAXANOVUN MÜKAFATI TURNİRİNDƏ "BÜRÜNC" MÜKAFATA LAYİQ GÖRÜLÜB

Cəmiyyət Materials 16 Sentyabr 2005 14:26 (UTC +04:00)

Azərbaycanın sambo üzrə komandası Rusiya Federasiyasının prezidenti Aslarbek Aslaxanovun mükafatı uğrunda Moskvada keçirilən 4-cü beynəlxalq turnirdə bir bürünc medal qazanıblar.

Trend in məlumatına görə, kollektivin tərkibində Qabil Məsməliyev xüsusilə fərqlənərək 68 kq çəki dərəcəsində mükafaçıların üçlüyü ilə birləşib. Bütünlükdə isə yarış 7 qızıl, iki gümüş və 6 bürünc medal qazanmış meydan sahiblərinin üstünlüyü ilə keçib.

Onlar həm dəi ümumi komanda hesabında da birinci yeri tutublar. İkinci və üçüncü yerləri isə bir qızıl və iki gümüş medalla Ukrayna və Gürcüstan idmançıları bölüşüblər.

Qeyd etmək lazımdır ki, turnirdə 17 ölkədən olan samboçu iştirak etsə də, Federasiya çıxış etmək üçün 31 dövlətə ərizə göndərmişdi. Növbəti belə yarış Lvovda 2006-cı il oktyabrında keçiriləcək.

Xəbər lenti

Xəbər lenti