...

ATƏT AZƏRBAYCAN PREZİDENTİNİN TƏŞƏBBÜSÜNÜ BƏYƏNİB

Cəmiyyət Materials 23 Sentyabr 2005 18:35 (UTC +04:00)

ATƏT Azərbaycan prezidentinin hökumət siyasətçiləri tərəfindən jurnalistlər əleyhinə cinayət işlərinin qaldırılmasına moratorium elan etməsini dəstəkləyir.ATƏT-in KİV məsələləri üzrə nümayəndəsi Mikloş Haraşti Varşavada insan meyarlarına dair öhdəliklərə baxılması üzrə təşkilatın Müşavirəsində bu bəyanatla çıxış edib.

Bu barədə Trend ə forumun nümayəndəsi, AMEA İnsan hüquqları İnstitutunun direktoru, professor Rövşən Mustafayev bildirib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev bu moratoriumu jurnalist Elmar Hüseynovun qətlindən dərhal sonra elan edib. M.Haraştinin sözlərinə görə, prezidentin təşəbbüsü ATƏT-də özünə dəstək tapıb.O, həm də bu prinsipin bütün Avropa İttifaqı üzvü ölkələrinin qanunvericiliyinə daxil edilməsinin məqsədəuyğunluğunu qeyd edib.

Xəbər lenti

Xəbər lenti