...

AZƏRBAYCAN KİKBOKSÇULARI DÜNYA ÇEMPİOANITNDA İKİ MEDAL QAZANIBLAR

Cəmiyyət Materials 4 Oktyabr 2005 15:34 (UTC +04:00)

Kikboks üzrə Azərbaycan yığması Mərakeşdə başa çatan dünya çempionatında iki medal qazanıblar.

Trend in məlumatına görə, Ümumdünya Kikboksinq Assosiasiyaları İttifaqının himayəsi altında keçirilən yarışda ən yaxşı nəticəyə Eduard Məmmədov nail olub. 60 kq çəki dərəcəsində çıxış edən beşqat dünya çempionu final mərhələsinə qədər çatsa da, həlledici döyüşdə məğlub olub. Onun komanda yoldaşı Emil Kərimov (54 kq) birinci üçlüyə daxil olub.

Xatırladaq ki, Azərbaycan yarışlarda məşqçi Çingiz Eyvazovun rəhbərliyi altında 8 döyüşçü ilə təmsil olunub. Ümumilikdə çempionatda dünyanın 37 ölkəsindən 380 idmançı iştirak edib.

Xəbər lenti

Xəbər lenti